Dünyaca məşhur aktyor prezidentliyə namizəd olmaq təklifi alıb
12-11-2023, 15:51

“The Rock” kimi tanınan amerikalı aktyor Dueyn Conson prezidentliyə namizədliyi üçün müxtəlif partiyalardan təklif aldığını açıqlayıb. Heç vaxt siyasətə gəlmək istəmədiyini deyən aktyor siyasətdə nifrət etdiyi çox şeylərin olduğunu bildirib.
AZİNFORM.AZ xəbər verir ki, dünyaca məşhur amerikalı aktyor Dwayne Johnson, Trevor Noahın "Nə İndi?" adlı podkastda qonaq olub. “The Rock” kimi tanınan və peşəkar güləş dünyasında yaxşı tanınan Conson prezidentlik təklifi aldığını efirdə açıqlayıb.
Gələn il ABŞ prezidentliyinə namizəd olmağı düşünüb-düşünmədiyini soruşan 51 yaşlı aktyor müxtəlif partiyalardan təklif aldığını açıqlayıb.
2021-ci ildə ABŞ-da keçirilən sorğuda futbolçunun prezidentlik kampaniyasını dəstəkləyənlərin sayı kifayət qədər çox olub.
NTV-də yayımlanan xəbərə görə; Anket nəticələri haqqında danışan Conson, "Həqiqətən təəccübləndim və qürurlandım. Sizinlə kiçik bir şeyi paylaşacağam: 2022-ci ilin sonunda partiyalar məni ziyarətə gəldilər və namizəd ola biləcəyimi soruşdular" dedi.
“Mən heç vaxt siyasətə girmək istəməmişəm” deyən aktyor siyasətdə nifrət etdiyi çox şeylərin olduğunu bildirib.
Aktyor ilk dəfə 2017-ci ildə prezidentliyə namizədliyini irəli sürmək ideyası ilə gündəmə gəlib və yalnız sonra siyasətə getməyəcəyini bildirib və atalığın onun üçün “ən vacib şey” olduğunu bildirib.
AZİNFORM.AZ




up