DİGƏR XƏBƏRLƏR
Çinin şərqindəki Çjentszyan vilayətinin Yuntszya qəzasında yaşayış evinin uçması nəticəsində dörd nəfər ölüb.
AZİNFORM.AZ report-a istinadən xəbər verir ki, yerli orqanlar bazar günü məlumat yayıb.
Bildirilib ki, insident ötən gün günorta saatlarında təmir zamanı baş verib. Dörd nəfər bina qalıqlarının altında qalıb. Axtarış-xilasetmə əməliyyat bütün gün və bazar gününə keçən gecə davam edib.
Xilasedicilər ölənlərin meyitlərini ancaq səhər aşkarlaya bilib.
Faktla bağlı araşdırma aparılır.