Rusların komanda məntəqəsi VURULDU: 20-dən çox yüksək rütbəli zabit...
28-05-2022, 00:58

Ukrayna hərbçiləri Donetsk vilayətində rus hərbçilərinin qabaqcıl komanda məntəqəsini məhv ediblər.

AZİNFORM.AZ "FEYGIN LIVE" "YouTube" kanalına istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparatının rəhbərinin müşaviri Oleksiy Arestoviç danışıb.

"Komanda məntəqəsində 20-dən çox yüksək rütbəli rus zabiti olub. Bina tamamilə dağılıb. Onların Ukrayna hərbçilərinin zərbəsindən sonra sağ qalması ehtimalı azdır" - Arestoviç bildirib.

Xatırladaq ki, Ukrayna hərbçiləri Xarkov vilayətində Rusiya desantlarının diviziyasının da mövqeyini məhv ediblər. Ruslar orada da xeyli itki veriblər.

Qeyd olunub ki, həmçinin Xarkov vilayətində Rusiya helikopteri vurulub. /publika.az/




up