DİGƏR XƏBƏRLƏR
İndoneziya sahillərində Banda dənizində 6,1 bal gücündə zəlzələ baş verib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seymoloji Mərkəzi bildirib.
Zəlzələnin episentri Ambon şəhərindən 345 km cənub-şərqdə olub. Yeraltı təkanların ocağı 11 km dərinlikdə yerləşib.
Zərər çəkənlər və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.