İtaliyada tarixi bir məkanın qarşısında edilməsi planlaşdırılan evlilik təklifi maraqlı anlara şahidlik edib. Sevgilisinə evlilik təklifi etmək üçün hərəkətə keçən gənc həmin anları lentə almaq üçün telefonu anasına verəndə qəribə görüntülər ortaya çıxıb. Çünki evlilik təklifi zamanı ana bilmədən kameranı tərsinə çevirəndə təklifi yox, özünü lentə alıb.
AZİNFORM.AZ xəbər verir ki, həyəcanlı gənc həmin anları əbədiləşdirmək üçün anasından video çəkməsini xahiş edib. O, telefonunun kamerasını işə salıb, anasına verərək sevgilisinin qarşısında diz çöküb. Lakin gələcək qayınana kameranı tərsinə çevirdiyinin fərqinə varmayıb və evlilik təklifini videoya çəkmək əvəzinə, öz görüntüsünü qeydə alıb. Xoşbəxtlikdən cütlüyün bu özəl anları ətrafdakı vətəndaşlardan biri tərəfindən lentə alınıb.
Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra qayınana cütlükdən üzr istəyib,texnologiyada qeyri-peşəkar olduğunu deyib.