Türkiyənin İran sərhədində inşa etdiyi beton divarın uzunluğu 191 kilometrə çatıb.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Van valiliyindən məlumat verilib. Bildirilib ki, hazırda Van bölgəsində işlər davam edir və burada uzunluğu 40 kilometrə çatan beton divar inşa edilib. İlin sonun qədər isə Vanda inşa ediləcək divarın uzunluğunun 150 kilometrə çatdırılması nəzərdə tutulub. Ümumilikdə isə sərhəddə inşa edilən beton divarın uzunluğu 560 kilometrə çatdırılacaq. Beton divar Ağrı bölgəsinin Doğubayazıt rayonundan başlayaraq Hakkarinin Yüksekova rayonuna qədər davam edəcək.
Məlumata görə, beton blokların hündürlüyü 4 metr, eni 2,8 metr, ağırlığı isə 7 tondur. Sərhədə divarın inşa edilməsinin məqsədi qaçqınların qanunsuz keçməsinin qarşısını almaqdır.