Rusiyada və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloger və iş adamı Hüseyn Həsənov özünə yeni ev alıb.
AZİNFORM.AZ xəbər verir ki, bu haqda Hüseyn sosial şəbəkə hesabında məlumat verib.
Moskva şəhərinin ən bahalı və lüks ərazisində yerləşən "Moscow City"də yaşayan Həsənov dəbdəbəli evində xəyallarının dizaynını reallaşdırmaq üçün təmirə başlayıb.
Bloger köhnə evində olan geyimlərini aldığı yeni mənzilə daşıyıb. Hüseyn bildirib ki, sahibləndiyi mənzil də "Moscow City"dəki digər binada yerləşir. Blogerin yerləşdiyi ev binanın ən sonuncu yəni 49 mərtəbəsindədir. Mənzilin dörd tərəfi panorama şüşələrdən ibarətdir.
Qeyd edək ki, H.Həsənov köhnə evinin bütün əşyalarını lotereya keçirərək izləyicilərinə satıb. Əldə olunan gəliri isə xeyriyyə məqsədləri üçün istifadə edəcəyini vurğulayıb.