Rusiyanın "Birinci kanalı"nın sabiq redaktorunun Marina Ovsyannikova 8,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edilib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Moskva Şəhər Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, paytaxtın Basman rayon məhkəməsi tərəfindən müvafiq qərar qəbul olunub.
Sabiq redaktor Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaqda təqsirli bilinib.
Bununla yanaşı, məhkəmə qərarına əsasən, Marina Ovsyannikova 4 il müddətinə elektron və ya informasiya-telekommunikasiya şəbəkələrinin, o cümlədən internet saytlarının administrasiyası ilə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.
Xatırladaq ki, o, ötən il 15 iyulda özünə məxsus media resursunda Rusiya Silahlı Qüvvələri hərbçiləri barədə bilərəkdən yalan məlumatı əks etdirən video və foto yayımlayıb. Barəsində ev dustaqlığı qərarı çıxarıldıqdan sonra 2022-ci ilin oktyabrında ev dustaqlığından qaçıb. Hazırda harada olduğu məlum deyil və bu səbəbdən beynəlxalq axtarışa verilib. /apa/