Dağıstanda torpaq münaqişəsi zəminində qonşu kəndlərin sakinləri arasında kütləvi dava olub.
AZİNFORM.AZ xəbər verir ki, hadisə mayın 25-də Botlix rayon xəstəxanasının həyətində baş verib.
Davada Ansalta və Raxata kəndlərinin 30-dan çox sakini iştirak edib.
Davaya səbəb ümumi sahəsi 130 hektar olan torpaq sahəsi üstündə yaranan mübahisə olub.
Münaqişə hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən nizamlanıb (oxu.az). Bundan sonra rayonun rəhbəri Ruslan Həmzətov dava iştirakçıları ilə maarifləndirici söhbəti aparıb.