"Vogue" jurnalı iyun buraxılışını dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemlə modelyer Viktoriya Bekhemin oğlu Bruklin və amerikalı milyarder Nelson Peltzin qızı Nikol Peltzin toyuna həsr edib.
Nəşr mərasimin təfərrüatlarını və cütlüyün müsahibəsini dərc edib. Bəlli olub ki, Nikola və Bruklin 1992-ci ildə ailə quran Devid Boui və supermodel İmanın toy mərasimindən və gəlinin saçı və makiyajın da isə supermodel Klaudiya Şiferdən ilhamlanıblar.
Həmçinin, "Valentino"dan olan gəlinliyin ətəyinə Nikolanın anasının xahişi ilə onu bəd nəzərdən qoruması üçün amulet tikilib. Bundan əlavə, gəlinliyin üzərində mavi saplarla bu ifadə işlənib: "Nikola, ürəyim. Sən mənsən, mənsə sənsən. Mənim bütün sevgim, bütün ömrüm, gözəl qızım. Səni sevirəm. Anan". /axşam.az/
AZİNFORM.AZ