DİGƏR XƏBƏRLƏR
Liviyanın Aralıq dənizi sahillərindəki Derna şəhərində baş verən sel fəlakətində ölənlərin sayı 11 min 300-ə yüksəlib.
AZİNFORM.AZ bildirir ki, Liviya Fövqəladə Hallar və Xilasetmə Xidmətləri sözçüsü şəhərdə təxminən 7 min yaralı və 5 mindən çox itkin düşdüyünü açıqlayıb.
Bazar gecəsi Dərnəni vuran Danyal tufanından sonra bazar ertəsi səhər şəhərdəki iki bənd partladı və sel suları Dərnə şəhər mərkəzindən Aralıq dənizinə doğru axdı.
Şəhərdə sel sularının hündürlüyü bir neçə metrə çatıb.
Qeyd edək ki, ölkədə daşqın nəticəsində həyatını itirənlər üçün üç günlük matəm elan edilib, seldən zərər çəkmiş şəhərlər “fəlakət bölgələri” elan edilib.