86 yaşlı Fətulla İsaqov 64 il sonra bəraət aldı
14-09-2023, 21:29

Rusiya dövləti Başqırdıstan Respublikasının 86 yaşlı sakini Fətulla İsaqova 31,6 milyon rubl təzminat ödəməlidir.

AZİNFORM.AZ-ın məlumatına görə, Başqırdıstan paytaxtı Ufanın Lenin Rayon Məhkəməsi belə qərar çıxarıb.

Fətulla İsaqov 64 il əvvəl qanunsuz tutularaq işgəncələrə məruz qalması və mühakimə edilməsindən şikayətçi olaraq Rusiya Maliyyə Nazirliyindən 450 milyon rubl mənəvi zərər əvəzi tələb etmişdi.

1959-cu ildə tutulan Fətulla İsaqov qonşusunun evinə hücum çəkərək üç qadını baltalamaq cəhdində təqsirli bilinib, 13 il həbsdə yatıb.

O vaxt Fətulla İsaqovun üzünə durmuş Nail Səidbatalov 2012-ci ildə prokurorluğa gedərək cinayəti özünün törətdiyini, Fətulla İsaqova şər atdığını etiraf edib.

2023-cü ildə Rusiya Ali Məhkəməsi Fətulla İsaqova bəraət verib.

Fətulla İsaqov bəraət qərarından razı qalsa da, təzminat məbləğinin azlığından gileylidir və yuxarı məhkəməyə şikayət etmək niyyətindədir. /novator.az/





up