Satıcı işləyəndə kəşf olundu, sevdiyi qadın onu atdı - FOTOLAR
8-09-2023, 18:48

AZİNFORM.AZ yeni “Kinoya sürgün” rubrikasını təqdim edir. Bu rubrikada təsadüfən filmə çəkilib şöhrətlənmiş aktyorlardan danışacağıq. Növbəti qonağımız  britaniyalı kinoaktyor Ceyson Steytemdir.

Bu yaraşıqlı, keçəl və cazibədar kişi öz ulduz taleyi üçün Hollivudun məşhur rejissoru Qay Riçiyə borcludur.Məhz o Ceysionu görüb, filmə dəvət edib və əksər filmlərinin sevimli aktyoruna çevirib.

Aktyorluğa qədər Ceyson idmanla məşğul idi. O, kinonu indi də yaxşı qazanc mənbəyi hesab edir. Özünü peşəkar aktyor hesab etmir, belə bir iddiası yoxdur. Heç vaxt aktyorluq təhsili almayıb. Ona görə də adətən rolları monoton olur, bir-birinə bənzəyən obrazlar yaradır.
O, London küçələrində saxta zinət əşyaları və ətir satarkən rejissorun diqqətini cəlb edib. İlk filmi, 1998-ci ildə çəkilən “Kartlar, pul və iki giliz” ona uğur gətirib.

Ceyson uzun illər futbol və suya tullanma idman növləri ilə məşğul olub. 12 il Britaniyanın milli komandasının üzvü olub, Olimpiadada suyatullanma növü üzrə iştirak edib. Qələbə qazana bilmədiyinə görə indi də özünü bağışlamır. İlk filmində qazancı cəmi 5 min funt olsa da, bu ona sonrakı milyonlarını qazandırıb. “Daşıyıcı” filmindəki roluna görə ilk milyon dolları qazanıb.
Yatmağı və tənbəllik etməyi sevmir. Daima nə iləsə məşğul olmalıdır. Qazandığı pulları müxtəlif biznes sahələrinə yatırır.

Kun-fu  və karate idman növlərini peşəkar səviyyədə bilən Ceyson çəkilişlərdə kaskadyor və dublyorların yardımından istifadə etmir.

Ən nifrət etdiyi şey digər aktyorların çəkiliş zamanı səs tellərini qızışdırmaq üçün boğazlarını arıtlaması, öskürməsidir.

56 yaşlı Ceyson qadınların sevimlisidir. O, çoxlu eşq romanları ilə öyünə bilməz. 7 il aktrisa Kelli Brukla sevgili olub, qız onu atıb aktyor Billi Zeynə ərə gedib. 

2007-ci ildə model Rozi Xenqintonla ailə qurub. Cek Oskar adlı bir oğlu var. 


/lent.az/





up