Həbsxanadan ağlasığmaz qaçış planı hər kəsi mat qoydu - VİDEO
8-09-2023, 11:48

ABŞ-ın Pensilvaniya ştatında qəribə hadisə baş verib. Belə ki, məhkum divarı dırmanaraq həbsxanadan qaçıb.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, əslən Braziliyadan olan Danelo Kavalkante keçmiş sevgilisini öldürməkdə təqsirli bilinib və ömürlük həbs cəzasına məhkum edilib.

Qaçağın həbsxanadan təxminən 3,2 km aralıda, sıx meşəlik ərazidə olduğu güman edilir. 

Pensilvaniya ştatının hüquq-mühafizə orqanları əməkdaşları məhkumun təhlükəli ola biləcəyi barədə yerli sakinləri xəbərdar ediblər. 

Həmçinin səlahiyyətlilər sakinlərdən Kavalkantenin gizlənə biləcəyi boş mülklərdən uzaq durmağı xahiş edib. (oxu.az)






up