Sui-qəsd: Generalın əlindəki telefon partladı və o...
6-09-2023, 13:54

Rusiyalı general Yuri Afanasevski Ukrayna Məxfi Xidməti tərəfindən göndərildiyi iddia edilən bomba qurğulu telefonun partlaması nəticəsində yaralanaraq xəstəxanaya aparılıb.

AZİNFORM.AZ xəbər verir ki, “The Sun” qəzetində yer alan xəbərə görə, 64 yaşlı rus generalı Yuri Afanasevski Ukrayna Məxfi Xidmətinin təşkil etdiyi sui-qəsdin qurbanı olub.

Qəzetin Rusiya mənbələrinə istinadən verdiyi xəbərə görə, Ukrayna Məxfi Xidməti (SBU) rus generala içərisində bomba qurğusu olan telefon göndərib. Afanasevski, həyat yoldaşı və oğlu telefonun partlaması nəticəsində yaralanıb.

Bildirilib ki, partlayış nəticəsində xəstəxanaya aparılan rus general və oğlu ağır yaralanıb. Rusiya mənbələri, içərisində bomba olan telefonu generala verən adı açıqlanmayan qadının hazırda həbsdə olduğunu və cinayətini etiraf etdiyini bildirib. Daxil olan məlumatlar arasında partlayışdan sonra müstəntiqlərin çoxlu insanı dindirməsi və sübutları ələ keçirməsi də var.

2014-cü ildən qismən Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan Luqansk Moskvanın keçən il ilhaq etdiyini iddia etdiyi dörd bölgədən biridir. Böyük Britaniya, AB, Kanada, İsveçrə və Yaponiyanın sanksiya tətbiq etdiyi adlar arasında regionun tənqidi simalarından biri olan general Afanasevski də var.

/publika.az/





up