Türkiyədə keçmiş nazir hovuzda ölü tapıldı - FOTO
30-08-2023, 15:11

Keçmiş Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Naziri Kutbettin Arzu Yalovada istirahətdə olduğu Türkiyə Böyük Millət Məclisinin iqamətgahının hovuzunda ölü tapılıb.

AZİNFORM.AZ-ın əldə etdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisinin Yalovanın Termal rayonundakı lojmanlarına gələn 68 yaşlı keçmiş Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Kutbettin Arzu obyektin hovuzunda ölü tapılıb. Müəssisə işçiləri 112 sağlamlıq qruplarına məlumat verdi. Həkimlər sabiq nazir Arzunun öldüyünü müəyyən ediblər. İlkin məlumatlara görə infarkt ehtimalı vurğulansa da, ölümün dəqiq səbəbi aparılan müayinə nəticəsində müəyyənləşəcək. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Kutbettin Arzunun 2015-ci ildə Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri olduğu məlumdur.









up