Priqojin Rusiyadakı təyyarə qəzasında öldü? - HADİSƏ YERİNDƏN YENİ GÖRÜNTÜLƏR - VİDEO
23-08-2023, 23:22

Rusiya Aviasiya Xidmətinin məlumatına görə, bu gün Tver əyalətində qəzaya uğrayan binzes təyyarədə Yevgeni Priqojin də olub.

AZİNFORM.AZ  xəbər verir ki, Embraer 600 tipli təyyarədə 10 nəfər olur, onların hamısı həlak olub.

Hadisə şahidlərinin dediyinə görə, təyyarə qəzaya uğramazdan saniyələr əvvəl iki partlayış səsi eşidilib. Bundan sonra təyyarənin qanadı və stabilizatoru qopub. Son dəfə Moskva-Sankt-Peterburq reysiilə uçmuş təyyarə axırıncı dəfə radarlarda 15:11-də görünüb. Təyyarə qəzasında həlak olmuş 10 nəfərdən üçü heyət üzvləridir.

Sərnişinlər arasında Priqojinin müavini Dmitri Utkin də olub. Qeyd edək ki, bir müddət əvvəl Priqojin Kremlə üsyan elan edəndə, Moskvaya gedən "Wagner" kolonuna Dmitri Utkin rəhbərlik edirdi.

"Wagner"ə yaxın "Gray Zone" adlı kanal iddia edir ki, biznes təyyarə HHM sistemləri tərəfindən vurulub.

Yevgeni Priqojinə məxsus ikinci təyyarə - RA -02748 nömrəli  "Embraer ERJ-135BJ Legacy 650" qəzaya uğrayaraq partlayan təyyarənin arxasınca uçurdu, amma sonradan marşrutunu dəyişib və Moskvaya qayıdıb.

Yevgeni Priqojininin ikinci təyyarədə olduğu vurğulanır.


/milli,az/



up