Ərdoğan Putin və Zelenskinin Türkiyədə görüşməsini TƏKLİF ETDİ
21-08-2023, 15:31

“Rusiya və Ukrayna liderlərinin Türkiyədə görüşməsini istəyirik”.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Macarıstandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə sülhün əldə olunmasına çalışır:

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri zamanı onunla bu barədə danışdıq. Həmçinin NATO Liderlər Zirvəsindəki müzakirələrdə bu məsələ barədə fikir mübadiləsi apardıq".





up