Məşhur hava limanlarının uçuşları dayandırıldı
20-08-2023, 11:32

Rusiyanın paytaxtı Moskva şəhərinin Domodedovo və Vnukovo hava limanları müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir.

AZİNFORM.AZ Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə aviasiya xidmətləri məlumat yayıb.

"Vnukovo və Domodedovo təyyarələrin qəbulu və göndərilməsi üçün müvəqqəti bağlanıb”, - deyə bildirib.

Qeyd olunub ki, təyyarələr Şeremetyev hava limanına yönləndirilib.





up