DİGƏR XƏBƏRLƏR
Rusiyanın Ukraynaya hücumları davam edir. Ukraynanın Xerson vilayətində Rusiyanın təşkil etdiyi bombardmanda biri körpə olmaqla 7 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.
AZİNFORM.AZ bildirir ki, Daxili işlər naziri İhor Klymenko açıqlamasında "Terrorçular heç vaxt dinc sakinləri könüllü şəkildə öldürməkdən əl çəkməyəcəklər. Terrorçuların qarşısı zorla alınmalıdır. Onlar başqa heç nə başa düşmürlər" deyib.
Xerson qubernatoru Oleksandr Prokudin açıqlamasında bildirib ki, Rusiya hücumunda Xerson vilayətinin Xerson, Veletenske, Zolota Balka, Stanislav, Komışanı və Şıroka Balka şəhərləri hədəf alınıb.