İki günlük körpəsini satarkən SAXLANILDI
1-08-2023, 12:28

Özbəkistanın Surxandərya vilayətində ata yeni doğulmuş körpəsini satarkən saxlanılıb.  

Bu barədə polisə kişinin qonşusu məlumat verib.   

Bildirilir ki, 54 yaşlı kişi iki gün öncə dünyaya gəlmiş qızını 35 milyon suma ( təxminən  5 000 AZN) alıcı tapıb. Polislər kişini və  alıcını  hadisə başında tutublar. 

Faktla bağlı Özbəkistan Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə cinayət işi açılıb. Onu 8 ildən 12 ilə qədər həbs gözləyir.

 





up