Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkən Malatyanın Doğanşehir rayonundakı evi ağır zədələnən və Sivasdakı baxım mərkəzinə yerləşdirilən 54 yaşlı Sülbiye Ağgül gəlinlik geyinməyin xoşbəxtliyini yaşadı.
AZİNFORM.AZ xəbər verir ki, 86 yaşlı Mehmet Ağgüllə 54 yaşlı Sülbiye Ağgül nikah təzələyiblər.
Cütlük 30 ildən sonra yenidən toy ediblər. Sülbiyyə Ağgülün ən böyük arzusun çataraq ağ gəlinlik geyinib.
Onlar 30 il əvvəl ailə qursalar da, toy etməyə maddi imkanları olmayıb.
Mehmetlə Sülbiyenin evi Kahramanmaraşdakı zəlzələdə dağıldığı üçün onlar müvəqqəti sığınacağa yerləşdiriliblər.