DİGƏR XƏBƏRLƏR
2022-ci ildə Türkiyədə yaşamaq icazəsi sayına görə liderlər ruslar olub: 100 minə yaxın Rusiya vətəndaşı bu sənədi alıb.
AZİNFORM.AZ xəbər verir ki. bu barədə TürkStat məlumat yayıb.
99 898 rusiyalı ölkədə uzunmüddətli yaşamaq hüququ üçün müraciət edib. Bu, keçən il Türkiyədə yaşamaq üçün müraciət etmiş bütün əcnəbilər arasında ən yüksək göstəricidir.
İkinci yerdə Ukrayna vətəndaşlarıdır - 32 539 nəfər. Üçüncü yerdə İran vətəndaşları gəlir - 25 997.
2021-ci illə müqayisədə Türkiyədə yaşamaq icazəsi alan rusların sayı 77% artıb. 2 il əvvəl bu sənədi Rusiya Federasiyasının 22 291 vətəndaşı əldə edib.