Rusiya taxıl terminalını bombaladı
21-07-2023, 15:42

Ukraynanın Odessa vilayətində Rusiya ordusunun raket hücumu nəticəsində 2 nəfər yaralanıb.

Azinform.az xəbər verir ki, bu barədə Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper açıqlama verib. O bildirib ki, yanğın nəticəsində 100 ton noxud və 20 ton arpa sıradan çıxıb. Məlumata görə, Rusiya döyüş gəmilərindən atılan iki raket bölgədəki taxıl anqarını hədəfə alıb.|bey.az|





up