Rusiyaya girişi qadağan oldu
23-05-2022, 14:33

Dünyaca məşhur amerikan aktyor Morqan Frimenin Rusiyaya girişinə qadağa qoyulub.

Kremlinin "qara siyahısı"na düşən film ulduzu ölkəyə girişinə icazə verilməyən 963 amerikalıdan biri olub.

Frimenin sözügedən siyahıya düşməsi 2017-ci ildə yayımlanan videoya əsaslanıb. Belə ki, o, həmin kadrlarda Rusiyanı Amerikanın daxili münasibətlərinə və demokratiyasına qarışdığına görə tənqid edən bəzi şərhlər edib.
AZİNFORM.AZ




up