DİGƏR XƏBƏRLƏR
Rusiyalı televiziya və kino aktyoru Aleksandr Orlovski 61 yaşında vəfat edib.
AZİNFORM.AZ bildirir ki, bu barədə bazar ertəsi, iyulun 17-də Kino-teatr.ru saytında məlumat verilib.
Aktyorun tək yaşadığı mənzildə cəsədi tapılıb. Rusiya mətbuatı yazır ki, Orlovskinin qohumları və dostları bir həftə onunla əlaqə saxlamağa çalışsalar da, nəticə olmayıb. Bundan sonra onlar aktyorun mənzilinə xilasediciləri çağırıblar. Orlovskinin mənzilinin qapısının kilidi açılıb və onun meyiti içəridə tapılıb.
Aktyorun ölüm səbəbi və nə vaxt dəfn olunacağı hələlik məlum deyil. Onun ölümünün dəqiq səbəbini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.