Rusiyada qasırğa turistləri xəstəxanalıq etdi
16-07-2023, 20:48

Rusiyanın Altay diyarında qəflətən başlayan qasırğa turistlərin yaralanması ilə nəticələnib. 

AZİNFORM.AZ xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlar Bolşoye Yarovoye gölünün yaxınlığında qeydə alınıb.

Görüntülərdə kurortda birdən-birə başlayan küləyin saniyələr içində güclənməsi və çadırları uçurması görünür. Bir anda ətrafda hər şey bir-birinə qarışır.

Məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb: Bir yeniyetmənin qolu sınıb, daha bir turist isə kəllə-beyin travması alıb. Hər iki zərərçəkənə tibbi yardım göstərilib.
Mənbə: Gazeta.ru





up