Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ olub
16-07-2023, 00:16

Türkiyənin Kahramanmaraş vilayətinin Nurhak rayonunda 3,9 bal gücündə zəlzələ baş verib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.  

Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.

Təlafat və dağıntı barədə məlumat yoxdur.







up