Yük maşını 14 avtomobili əzdi - ANBAAN GÖRÜNTÜ
15-07-2023, 23:48

Moskvada yük maşınının səbəb olduğu zəncirvari qəza olub.

AZİNFORM.AZ lent.az-a istinadən bildirir ki, bu barədə REN TV xəbər yayıb.

Mojayskoye şossesinin 20-ci kilometrliyində baş verən qəzada üç nəfər xəstəxanaya yerləşdirilib.

Kadrlardan görünür ki, maşınlar bir-birinin ardınca ya tıxac, ya da işıqfor səbəbindən dayanırlar.

Buna baxmayaraq, hərəkətdə olan yük maşını dayanan avtomobilləri əzib.

Hadisədə 14 avtomobilə ziyan dəyib.




up