Daha bir təhlükə: Dünyada COVID-ə yoluxma iki dəfə artıb
23-05-2022, 12:12

Dünyada koronavirusa yoluxma halları bir həftə ərzində demək olar ki, iki dəfə artıb. Artım artıq ikinci həftədir ki, ardıcıl olaraq baş verir.

AZİNFORM.AZ xəbər verir ki, ümumilikdə, mayın 15-dən mayın 21-dək 5,7 milyondan çox yoluxma qeydə alınıb ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 70% çoxdur və aprelin sonundakı səviyyəyə uyğundur.

Eyni zamanda, ölüm halları da kəskin artıb. Son yeddi gündə 24,9 min nəfər koronavirusdan dünyasını dəyişib ki, bu da keçən həftə ilə müqayisədə 134% çoxdur







up