Namaza lağ edən şübhəli şəxsin görüntüləri tənqid edildi - VİDEO
8-07-2023, 21:19

Sosial şəbəkələrin Türkiyə seqmentində namaza lağ edən şəxsin görüntüləri yayılıb.

AZİNFORM.AZ xəbər verir ki, görüntülərdə bir nəfər təhlükəsizlik işçisi geyimində olan şəxs namaz təqlidi edərək Türkiyə andını oxuyub. 

İctimai gündəmdə olan videoda mühafizəçi kimi görünən şəxs sosial şəbəkədəki paylaşımında namaz qıldığını iddia edərək dini dəyərləri ələ salıb. Həmin şəxs əvvəlcə təkbirdə "Atatürk'ü Əkbər" deyib və "And"ı surə kimi dəyişdirərək bu anları qeyd edib. 

Daha sonra çəkdiyi videonu paylaşan şəxs istifadəçilər tərəfindən sərt tənqidlərə tuş gəlib.





up