“Dövlət başçıları şəkil çəkdirmək üçün görüşməli deyil” - Medinski
23-05-2022, 09:00

Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Lakin danışıqları dondurmaq təklifi hər dəfə Kiyevdən gəlib.

AZİNFORM.AZ  apa-ya istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.


Medinskinin sözlərinə görə, Rusiya heç zaman danışıqlardan, o cümlədən yüksək səviyyədə görüşlərdən imtina etməyib. Lakin prezidentlər səviyyəsində görüşün təşkili ciddi hazırlıq tələb edir.

“Dövlət başçıları yekun sənədi imzalamaq üçün görüşməlidirlər, şəkil çəkidirmək üçün yox” – deyə Medinski vurğulayıb.





up