Həbsdə olan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili bugünkü məhkəməsində də onlayn şəkildə iştirak edib.
O, ona qarşı qaldırılan cinayət işlərində özünü təqsirsiz hesab etdiyini bildirib.
"Niyə tamamilə günahsız insan həbsdədir? Mən ittiham olunan cinayətləri törətməmişəm", - Saakaşvili deyib.
O, həmçinin bildirib ki, həbs onu "sındırmayacaq" və hazırkı Gürcüstan hakimiyyətini dəyişmək üçün siyasi mübarizəsini davam etdirəcək:
"Gürcüstandakı siyasi proseslərdə fəal iştirak etmək niyyətindəyəm. Biz hazırkı hakimiyyəti mütləq dəyişəcəyik və vətəndaş qarşıdurmasına imkan verməyəcəyik".
Saakaşvili Ukrayna vətəndaşı olduğunu və bununla fəxr etdiyini vurğulayıb. O əlavə edib ki, onun həbsdə olmasında Rusiya Prezidenti Vladimir Putin və Gürcüstanın keçmiş baş naziri, hakim "Gürcü Arzusu" partiyasının qurucusu Bidzina İvanişvilini günahkardır.