Türkiyənin İraqdakı hərbi bazasına dron hücumu olub
22-05-2022, 19:28

Türkiyənin İraqdakı hərbi bazasına dron hücumu olub.

İraqın şimal-şərqində Türkiyə hərbi bazası hücuma məruz qalıb.

Hücuma Mosul yaxınlığındakı Zlikan düşərgəsi tuş gəlib. Hərbi obyektə partlayıcı ilə təchiz edilmiş iki dron vasitəsilə hücum edilib. Aksiyaya görə məsuliyyət hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib. Qeyd edək ki, bu, Türkiyə hərbi bazasına partlayıcılı dronlarla ilk hücum olub.


AZİNFORM.AZ





up