Türkiyə mətbuatı xəbər verir ki, ABŞ-ın Ankaradakı səfiri Ceff Flake Xarici İşlər Nazirliyinə çağırılıb.
Azinform.az xəbər verir ki, diplomatın ölkənin Xarici İşlər Nazirliyinə çağırılmasına səbəb müxalifətin İstanbulda keçiriləcək mitinqində iştirakın təhlükəsi ilə bağlı təxribat xarakterli bəyanatı olub.
“Bizim narazılığımız mitinq öncəsi təhlükəsizlik qüvvələrimizin bu cür mitinqlərdə gördüyü tədbirlərlə bağlı əsassız iddiaların yer aldığı xəbərdarlıqlarla bağlı səfir Fleykə çatdırılıb”, - deyə ölkənin Xarici İşlər Nazirliyi izah edib.