Prezident Rəcəb Tayyib Ərdoğan yeni Nazirlər Kabinetində Mahinur Özdemir Göktaşı Ailə və Sosial Xidmətlər naziri təyin edib. Göktaş Nazirlər Kabinetində yeganə qadın nazir oldu.
AZİNFORM.AZ xəbər verir ki, yeni təyin olunan Ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaşla bağlı maraqlı məlumatlar ortaya çıxıb.
Mahinur Özdəmir Göktaş Belçikada mühacir ailəsində doğulub.
O, Azad Brüssel Universitetində “Siyasi elmlər” fakültəsində təhsil aldıqdan sonra Belçikada fəaliyyət göstərən CHD Partiyasına üzv olub. Bir müddət sonra Belçika parlamentində "erməni soyqırımı"nın tanınması ilə bağlı keçirilən müzakirələr zamanı Göktaşın təmsil etdiyi partiya rəhbərliyi bütün üzvlərin bu “soyqrımı” tanımasını tələb edib. Göktaş isə buna kəskin etirazını bildirib. Nəticədə onu partiyadan xaric ediblər.
Belçika parlamentində baş verənləri və Göktaşın qətiyyətini görən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “bu qıza sahib çıxın” göstərişini verib. Bunda sonra Göktaş 2019-cu ilin sentyabrında Türkiyənin Əlcəzirədəki səfiri təyin edilib.
Dörd il burada səfir kimi fəaliyyət göstərən Göktaş Türkiyədə mayın 28-də keçirilən prezident seçkilərinin 2-ci turundan sonra bu ölkənin ailə və sosial xidmətlər naziri vəzifəsinə təyin edilib.