ABŞ-ın Geylord şəhərində (Miçiqan ştatı) baş vermiş qasırğa nəticəsində bir nəfər həyatını itirib, 40-dan çox insan xəsarət alıb.
AZİNFORM.AZ xəbər verir ki. bu barədə "qafqazinfo" CNN telekanalına istinadən xəbər verir.
Şəhərə də ziyan dəyib. Aşmış ağaclar yolları bağlayıb, elektrik enerjisi xətləri sıradan çıxıb, yaşayış evləri və kommersiya binaları zərər görüb.
Xəsarət alan şəxslər yaxınlıqdakı üç xəstəxanaya çatdırılıb. Şəhərdə fövqəladə xidmət əməkdaşları çalışır.