Rusiya Xarkovda Mədəniyyət evini bombaladı: Yaralılar var - VİDEO
20-05-2022, 23:59

Xarkov vilayətinin Lozova şəhərindəki yerli Mədəniyyət evinə Rusiya raketi düşüb. Nəticədə 11 yaşlı uşaq da daxil olmaqla 7 nəfər yaralanıb.

Xarkov vilayəti üzrə Dövlət Fövqəladə Hallar Xidmətinin şöbəsi bildirib ki, xilasedicilər yanğını yerindəcə söndürüb və dağıntıları təmizləyiblər.

Rusiya silahlı qüvvələri saat 15:00 radələrində binaya hücum ediblər.


AZİNFORM.AZ



up