DİGƏR XƏBƏRLƏR
Polşanın qərbində, Kuyav-Pomeraniya bölgəsi ilə sərhəd yaxınlığında Rakov şəhərində yaşayış binasının üzərinə naməlum metal əşya düşüb.
AZİNFORM.AZ oxu.az-a istinadən xəbər verir ki, obyekt dam örtüyünə ciddi ziyan vurub, onu dəlib və içəri düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, hazırda prokurorluqda araşdırma aparılır. Araşdırmaya mülki aviasiya xidmətlərinin cəlb olunduğu qeyd edilir. Lakin onlar obyektin təyyarənin elementi olduğunu istisna ediblər.