400 il əvvəl çəkilən rəsm əsərindəki qəribə detal - FOTO
24-05-2023, 02:11

Bu günlərdə sosial şəbəkələrdə geiş müzakirə mövzusuna çevrilən 400 illik bir rəsm əsəri istər-istəməz "Nike" firmasının reklamına çevrilib.

AZİNFORM.AZ-ın xarici mediaya istinadən xəbərinə görə, 1652-ci ildə hollandiyalı rəssam Ferdinand Bolun çəkdiyi 8 yaşlı uşaq rəsmindəki bir detal sosial şəbəkələrdə geniş müzakirə olunur.

Rəsmdə oğlanın ayaqqabısı üzərində "Nİke" firmasına məxsus loqotip marağa səbəb olub. Bu loqotip şirkət yaranandan 7 il sonra, 1971-ci ildə istifadə olunub.

Qısası, 400 il öncə çəkilən bu rəsm, daha doğrusu, hollandiyalı uşağın ayaqqabısı "Nike" üçün yaxşı bir reklama çevrilib. /lent.az/





up