Məktəbdə yanğında 19 uşaq həlak oldu - Ölkədə üç günlük matəm elan olundu
23-05-2023, 20:39

Qayana prezidenti Məhəmməd İrfaan Əli məktəbdə baş verən yanğında 19 uşağın həlak olması ilə əlaqədar üç günlük milli matəm elan edib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Qayana prezidentinin mətbuat xidməti bildirib.

“Xahiş edirəm ki, xalq olaraq qarşıdakı üç günü bu uşaqlar, onların ailələri və cəmiyyət üçün dualara həsr edək”, - dövlət başçısının bəyanatında deyilir.

Madiya şəhərinin orta məktəbinin yataqxanasında yanğın bazar ertəsi gecə baş verib. Son məlumatlara görə, həlak olanlar 18 qız və bir oğlandır.





up