Lidsdə xeyriyyə marafonu keçirilib.
AZİNFORM.AZ xəbər verir ki, 1 milyon funt-sterlinqin toplandığı yarışda peşəkar karyerasını başa vurduqdan sonra sağalmaz xəstəliyə tutulan keçmiş reqbiçi Rob Barrou iştirak edib.
2019-cu ildə həkimlər Barrouya amiotrofik yanal skleroz və ya qısaca ALS diaqnozu qoyublar. Hazırda tibb bu xəstəliyin müalicəsini tapmayıb. Lakin simptomları idarə etmək mümkündür. Barrou əlil arabasına məhkumdur. O, yalnız kompüterdən istifadə edərək dünya ilə əlaqə saxlaya bilir.
Lids marafonunda Robun sabiq komanda yoldaşı Kevin Sinfildin hərəkəti diqqət çəkib. O, marafon boyu dostunu tərk buraxmayıb. Barrou üçün xüsusi araba sifariş edib və bütün marafon boyu arabanı idarə edib. Kevinin yekundakı hərəkəti isə alqışlara səbəb olub. O, dostunu qucağına alaraq finiş xəttini keçib. Nəticədə təsirli anlar yaşanıb.
Kevinlə Rob "Lids Raynos" reqbi klubunda birlikdə çıxış ediblər. Onları uzun müddətdir dostdurlar. Barrou xəstəliyə tutulduqdan sonra Sinfild onu heç vaxt tək buraxmayıb. Dostunun aktiv həyatdan geri qalmaması və maddi çətinlik çəkməməsi üçün əlindən gələni edib. Hətta birlikdə sosial layihə belə ediblər. Onlar birlikdə ALS-dən əziyyət çəkən insanların dəstək ala biləcəyi Barrow Mərkəzini yaradıblar. /publika/