Amerikalı kinoredaktor Con Refua 59 yaşında vəfat edib.
AZİNFORM.AZ xarici mediaya istinadən xəbər verir ki, həyat yoldaşı Serena Refua 2022-ci ilin əvvəlində ona diaqnoz qoyulan xolangiokarsinoma adlı öd kanalı xərçəngindən yaranan ağırlaşmalardan vəfat edib.
Redaktorun həyat yoldaşı ömrünün son günlərinə qədər işləməyə davam etdiyini və “cəsarət və dözümlə” irəliləməyə davam etdiyini bildirib. Con Refua “Avatar” və “Avatar: Suyun yolu” filmləri üzərində işləyib.
Qeyd edək ki, redaktor, rejissor Ceyms Kameron və Stiven E. Rivkin ilə birlikdə 2010-cu ildə Avatar filmindəki işbirliyinə görə Film Montajında Ən Yaxşı Nailiyyət Oskarına namizəd olublar.
Refua həmçinin "Qanun və Nizam", "Uçurumun Kabusları: Titanik", "Böyük Ekvalayzer", "Möhtəşəm Yeddilik" və "Transformerlər: Son Cəngavər" kimi layihələrin redaktoru olub. Refua Avatar 3-də də müəyyən işlər görüb.