Öldüyü deyilən 93 yaşlı Sorosdan ŞOK AÇIQLAMA
15-05-2023, 19:48

“Açıq Cəmiyyət Fondu”nun təsisçisi Corc Soros ürəktutmadan vəfat etməsi ilə bağlı xəbərləri təkzib edib.

AZİNFORM.AZ xəbər verir ki, Corc Soros bu barədə Tvitter hesabında paylaşım edib.

O yayılan məlumatların yalan olduğunu bildirib:

“Mənim infarkt keçirməyimlə bağlı yayılan xəbərlər tamamilə yalandır. Mən sağam və sağlamam”,-deyə Corc Soros yazıb.

Qeyd edək ki, ötən gün milyarder, Soros Fondunun rəhbəri Corc Sorosun infarkt nəticəsində öldüyü haqda məlumatlar yayılmışdı.





up