DİGƏR XƏBƏRLƏR
Soçidə, şəhərin tam mərkəzində, Kurortnı prospektində qəza baş verdi. Sarı rəngli Lamborghini Aventador avtomobili ağaca çırpıldı.
AZİNFORM.AZ bildirir ki, bu barədə SHOT məlumat yayıb. Elit avtomobil ağaca güclü zərbə vuraraq dağılıb.
Hadisə mayın 12-də axşam saatlarında Kurortnı prospektində baş verib. Qəza yerindən çəkilmiş kadrlardan da göründüyü kimi, italyan superkarının ön hissəsinə ciddi ziyan dəyib. Gecə sınmış Aventador evakuatorla aparılıb.
Hadisə nəticəsində sürücü xəsarət almayıb.
İlkin məlumatlara görə, avtomobil Başqırdıstandan olan Rafael adlı iş adamının adınadır. Onun maşın sürməsi hələlik məlum deyil.
AZİNFORM.AZ videogörüntünü təqdim edir: