Türkiyədə növbəti TƏBİİ FƏLAKƏT: Fırtına və leysan evləri uçurdu - VİDEO
6-05-2023, 23:00

Mersinin Silifke rayonunda fırtına ilə müşahidə olunan leysan yağışları nəticəsində bəzi evləri və iş yerlərini su basıb. 

AZİNFORM.AZ xəbər verir ki, bölgədə  günorta saatlarında başlayan leysan küçə və yollarda gölməçələr yaradıb, nəqliyyat vasitələri yolda qalıb. 

Belə ki, təbii fəlakət zamanı Saray rayonunda bəzi inzibati binaları və Qazi rayonunda evləri su basıb. 

Mersin Su və Kanalizasiya İdarəsi (MESKİ) yağışdan gələn suyu boşaltmaq üçün ərazi üzrə səfərbər olub. 







up