Keniyanın Malindi qəsəbəsində Şakahola meşəsində tapılan cəsədlərin sayı 109-a çatıb.
AZİNFORM.AZ xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Keniya polisindən verilən açıqlamada bildirilir.
Qeyd olunur ki, 5-i uşaq olmaqla daha 11 nəfərin cəsədi tapılıb.
Keniya Qızıl Xaç Cəmiyyəti 112 nəfərin itkin düşdüyünü təxmin edir.
dünən saxlanılıb. Kilifedəki Yeni Həyat Dua Mərkəzi və Kilsəsi ölüm ittihamı ilə bağlanıb.
Qeyd edək ki, Beynəlxalq Good News kilsəsinin keşişi Paul Mackenzie Nthengenin insanları Hz. İsa ilə görüşməyə söz verərək. onları acından öldürdüyü bildirilir. Aprelin 15-də aclıqda şübhəli bilinən 4 nəfərin cəsədi tapıldıqdan sonra polis Ntenqeni saxlayıb. Cəsədlərin tapıldığı meşə sahəsi tamamilə bağlanıb, ərazi "cinayət yer" elan edilib.
Televiziyada missioner olduğu bildirilən və ictimaiyyət arasında çox məşhur olan keşiş Ezekiel Oderonun Paul Mackenzie Nthenge ilə əlaqəsi olub-olmadığı bilinmir. /bakıvaxtı.az/