İran tələb etdiyimiz xainləri HƏBS ETDİ – FOTO
28-04-2023, 11:47

İranın qeyri rəsmi sayılan lakin hökumətə bağlı “Azəriha” saytı yazır ki, Orxan Məmmədov və Tohid İbrahimbəyli həbs ediliblər.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə İran telegram kanallarında məlumat yayılıb.

Xəbərə görə, onların beş gün öncə Qumda həbs edildiyi deyilir.

Qeyd edək ki, bu iki şəxs Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən rəsmi axtarışdadır. Onlar illər öncə İrana keçib və “Hüseyniyun” adlı, din adı altında terror qruplaşması yaradıb və Azərbaycan Respublikası dövlətçiliyinə zidd təbliğatla məşğul olublar.

/musavat.com/





up