Rusiya Finlandiya üçün hərbi “sürpriz” HAZIRLAYIR
19-05-2022, 00:50

Rusiya Finlandiyanın NATO-ya daxil olmasına qarşı cavab tədbirləri görəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Sürpriz olacaq. Bu, bizim müdafiə departamentimiz üçündür”, – diplomat bildirib.

Zaxarovanın sözlərinə görə, nəzərdə tutulan addımlar hərbi xarakter daşıyacaq.


AZİNFORM.AZ






up