Yolun ortasına 200 min dollar səpələndi - VİDEO
17-04-2023, 23:32

ABŞ Oreqon Ştat Polisi 38 yaşlı Colin Davis McCarthynin hərəkətli magistral yolunda avtomobilinin pəncərəsindən 200 min dollar atdığını, digər sürücülərin saxlayıb pul yığmağa başladığını bildirib.

AZİNFORM.AZ bildirir ki, ABŞ-da Colin Davis McCarthy adlı şəxs ailəsinin hesabından pul çıxarıb və onların razılığı olmadan yola səpələyib. İndi ailə pulu tapanlardan geri qaytarmağı xahiş edir.

Heç bir ittiham irəli sürülməyən şəxs polisə yaxşı olduğunu və başqalarına pul hədiyyələri vermək istədiyini deyib.





up